Daxili elektrik nöqtələrinin yerləşdirilməsi və montajı xidmətləri
Daxili elektrik şəbəkəsinin quraşdırılmasında əsas məqsəd gündəlik həyatda və istehsalatda elektrik cihazlarından və işıqlandırmadan təhlükəsiz istifadənı təmin etməkdir.
Daxili elektrik şəbəkəsinin quraşdırılmasında əsas məqsəd gündəlik həyatda və istehsalatda elektrik cihazlarından və işıqlandırmadan təhlükəsiz istifadənı təmin etməkdir.
Elektrik naqillərinin quraşdırılması xüsusiyyətləri birbaşa binanın inşa edildiyi tikinti materiallarının xüsusiyyətlərindən asılıdır. Belə ki, müxtəlif tikinti materiallarının yanğına qarşı müqavimətləri biri birindən fərqlənir. Belə xətlərin çəkilişi zamanı yanğın təhlükəsizliyini aradan qaldırmaq üçün bu xətlərə qoşulacaq televiziya, kompüterlər, təhlükəsizlik və videomüşahidə sistemləri, güclü məişət texnikaları, simsiz rabitə vasitələrini, soyutma və isitmə sistemlərini ciddi şəkildə nəzərə almaq lazımdır. Bu baxımdan, cihazın iş prinsipləri dəyişməsə də, elektrik kabellərinin çəkilməsi daha da mürəkkəb hala gəlir. Çətinlikləri aradan qaldırmaq məqsədi ilə ilk mərhələdən layihələndirmə - dizayn işləri hazırlanmalıdır. Layihələri düzgün tərtib etmək üçün yuxarıda qeyd edilən (xəttə qoşulacaq) elektrik cihazlarının təxmini gücünü və onların yerləşdiyi yerləri əvvəlcədən bilməlisiniz. Eyni zamanda, bütün otaqlarda işıqlandırma sistemi haqqında düşünmək lazımdır.

Daxili elektrik nöqtələrinin yerləşdirilməsi quraşdırılması üçün əsas qaydalar
Daxili elektrik nöqtələrinin yerləşdirilməsi zamaı mövcud olan çox sayda qaydalar arasından yaşayış binaları içərisində ən çox pozulan 4 əsas qaydaya nəzər salaq:
1. Kommutasiya cihazlarına giriş;
2. Elektrik açarlarının təhlükəsiz quraşdırılması üçün yerlər;
3. Elektrik yuvalarının quraşdırılması üsulları;
4. Naqillərin və kabellərin çəkilməsi.
1. Kommutasiya cihazlarına giriş;
2. Elektrik açarlarının təhlükəsiz quraşdırılması üçün yerlər;
3. Elektrik yuvalarının quraşdırılması üsulları;
4. Naqillərin və kabellərin çəkilməsi.