Mənzillərdə və Binalarda naqillərin düzgün quraşdırılması

Mənzillərdə naqillərin düzgün çəkilişı yalnız naqillərin, rozetkaların və açarların quraşdırılması deyil, həm də nominal dəyərlərin düzgün hesablanması, normativ tələblərə, təhlükəsizlik meyarlarına uyğunluq və elektrik avadanlıqlarının rasional tənzimlənməsidir.
Mənzillərdə və binalarda elektrik naqillərinin düzgün qurulması üçün xüsusi tələblərə və standartlara ciddi şəkildə riayət etmək lazımdır.
Constechno Engineering Company

Elektrik xətlərinin əsas quraşdırma qaydaları

Elektrik kabel xətlərinin çəkilişi zamanı naqillər ciddi şəkildə üfüqi və ya şaquli vəziyyətdə də çəkilməlidir. Kabel marşrutunun dönmə bucağı isə yalnız 90 ° bucaq altında olmalıdır. Sənaye binalarında elektrik xətlərinin çəkilməsi aydın şəkildə işlənib hazırlanmalı və müvafiq orqanlarla razılaşdırılmalıdır. Layihə, kabel marşrutu üçün aydın plan təqdim edə bilən ixtisaslı mühəndis tərəfindən hazırlanmalıdır.
CONSTECHNO ENGİNEERİNG COMPANY

Elektrik xətlərinin montajı
plandan quraşdırmaya qədər

Yaşayışın maksimum təhlükəsizliyini və elektrik cihazlarından istifadənin rahatlığını təmin etmək üçün mənzildə naqillərin çəkilməsi mərhələlərlə həyata keçirilir. Elektrik şəbəkəsində ən çox gərginlik yaradan mənzildə istifadə olunan: sobalar, istilik çənləri, kondisionerlər dir. Onları şəbəkəyə birləşdirmək üçün ayrı güclü elektrik xətləri ayrılır. Bu qaydada layihələndirmə üsulu bir mənzildə avadanlıqların daha təhlükəsiz istismarına və elektrik naqilləri şəbəkələrində daha səmərəli təmir işlərinə imkan verəcəkdir. Mətbəx istənilən mənzildə çoxlu sayda məişət texnikasının cəmləşdiyi yerdir. (Soyuducu, elektrik sobası, çörək bişirən, paltaryuyan və s.) Belə avadanlıqların düzgün işləməsini və şəbəkənin həddindən artıq yüklənmələrdən və qısa qapanmalardan daimi qorunmasını təmin etmək üçün ayrıca bir xətt ayırmağı məsləhət görürük. Elektrik şəbəkəsinin bütün kabelləri və panellərinin quraşdırılması yerinə yetirildikdən sonra, mənzilin paylama panelini (paylayıcı şıt) quraşdırmağa başlayırlar. Elektrik şəbəkəsinin bu hissəsi çox sayda keçirici və qoruyucu qurğular ilə xarakterizə olunur, buna görə də bütün əlaqələrin düzgün qurulması çox vacibdir.

XİDMƏTLƏRİMİZ

Constechno Servis Mərkəzi elektrik xətlərinin quraşdırması xidmətlərini təklif edir. Biz layihələri hazırlayırıq, istifadə ediləcək məhsullarla təmin edirik, və şəbəkənin tam quraşdırılmış şəkildə müştərilərə təhvil edirik. Dəyərli müştərilərimiz nəzərinizə çatdırmaq istərdik ki, Constechno Servis Mərkəzi öz-özlüyündə “Çiraq İnşaat” MMC nin tərkibində fəaliyyət götərən bir qrumdur. Bu o deməkdir ki, layihələrimizdə istifadə etdiyimiz elektrik kabelləri öz istehsalımız olmaqla bütün standartlara cavab verir və layihənin minimum qiymətə başa gəlməsinni təmin edir. Eyni zamanda biz dünyaca məşhur GEWISS (elektrik məhsulları) və Aulmo (elektrik məhsulları) brendinin Azərbaycanda rəsmi distrubuteriyik, bu isə layihənin yekun qiymətinı dahada minimuma endirir. Dəyərli müştərilərimiz Constechno Servis Mərkəzin elektrik xətlərinin sıfırdan çəkilməsi və tam işlək vəziyyətə qədər bütün xidmətləri oz üzərinə götürür. Qiymətlər sifariş zamanı təyin olunur və quraşdırma zamanı ortaya çıxan xırda dəyişiklər (iş həcminin böyüməsi) zamanı belə dəyişmir.