
Elektrik kabellərinin çəkilməsi və quraşdırılması


Elektrik kabel xətlərinin çəkilməsi metodları
2. Açıq. Bu növ kabel xətlərinin cəkilişı daha az tövsiyyə edilir, çünki bu vəziyyətdə elektrik xətlərinin təhlükəsizliyini təmin etmək daha çətindir.
Gizli quraşdırma üsullarına aşağıdakılar daxildir:
1. Yeraltı: elektrik xətlərinin yerə (xəndəklərə), tunellərə, kameralara, kollektorlara yerləşdirilərək çəkilməsi.
2. Sualtı: su anbarlarının, çayların, dənizlərin, dibi boyunca çəkiliş.
3. Yer üstü: müxtəlif konstruksiyalardan istifadə etməklə və tikinti strukturlarının elementlərindən istifadə etməklə.
Elektrik kabellərinin yer üstü çəkilməsi üsulları gizli və ya açıq variantlarda yerinə yetirilə bilər.
Kabel xətlərinin gizli şəkildə çəkilməsi
1. Tikinti elementlərində: mərtəbələr arası, şaxtlarda, ikiqat döşəmələrdə, xüsusi kameralarda və s.
2. Beton, kərpic və ya digər daş konstruksiyalarda qabaqcadan xüsusi hazırlanmış girintilərdə (novlarda)
3. Dekorativ konstruksiyaların daxili tərəfində: plitələrin, plintusların, üzlük panellərin və s.
4. Borularda (Polimer və ya metal ), kabel kanallarında və s.
Kabel xətlərinin açıq şəkildə çəkilməsi
1. Tikinti elementlərinin divarlarında və səthlərində
2. Bina konstruksiyaları və bu konstruksiyalar arasındakı boşluqlarda
3. Yerüstü keçidlərdə(Estakadalarda)

Bakı şəhəri, Heydər Əliyev pr. 152, Çinar Plaza, 21-ci mərtəbə
E-mail ünvanı: info@constechnoengineering.com
Kabel xətlərinin çəkilməsi üçün ümumi qaydalar
Elektrik kabellərini elektrik ötürmə xəttinə birləşdirmək üçün xüsusi detallardan istifadə olunur. Bu detal (ucluq) mufta adlanır. Nəzərə almaq lazımdır ki, əlaqə nöqtələri nə qədər az olarsa, elektrik enerjisinin ötürülməsində nasazlıqların olma ehtimalı bir o qədər az olar. Tənzimləyici tələblər elektrik kabellərinin və keçiricilərin növündən asılı olaraq 1 km kabel xətlərinə düşən muftaların maksimum sayını dəqiq müəyyənləşdirir:
• tək nüvəli kabel xəttində – maksimum 2 mufta;
• üç nüvəli (1-10 kV), 3x95 mm2 en kəsikli kabel xəttində - 4 muftadan çox olmayan;
• üç nüvəli (1-10 kV), 3x120-3x240 mm2 en kəsikli kabel xəttində - 5 muftadan çox olmayan;
• üç fazalı kabellər (20-35 kV) - 6 muftadan çox olmayan;
Kabel xətlərinin quraşdırılması zamanı aşagıdakı qaydalara da əməl etməliyik:
• Yeraltı elektrik xətləri çəkərkən, bir xəndəkdə (tranşeydə) kabel xətlərinin sayı maksimum 6 (altı) olması tövsiyə olunur.
• Bir istiqamətdə 15-dən 50-yə tqədər və daha çox elektrik xətlərinin quraşdırılması tələb olunduqda tunellər, yerüstü keçidlər, estakadalarda istifadə edilməsi daha məqsədə uygundur.
• Çox döngəli mexanizmlər vasitəsi ilə ötürülən kabel xətlərinin, əyilmələrə tab gətirə bilən rezin və ya rezin tipli izolyasiyaya malik olmalıdır.
• Binalarda daxili elektrik xətlərinin keçdiyi yerlərdə yanğına qarşı konstruksiyalar bloklar quraşdırılır.
Ümumiyyətlə yeraltı kabel xətlərinin çəkilməsi və yeraltı elektrik kabellərinin çəkilişində dərinlik məsafəsi, sualtı kabel çəkilişi, tunellərdə və kollektorlarda kabellərin çəkilməsi, kabel konstruksiyalarında kabel xətlərinin çəkilməsi prosesində müxtəlif qaydalar mövcuddur ki, bu qaydaların saxlanması mütləqdir.
Elektrik xətlərinin çəkilişi – elektrik təminatı

Suallarınızı cavablandırmaqdan məmnun olarıq!
Constechno Servis Mərkəzi
Hər zaman xidmətinizdədir