Constechno Servis Mərkəzi
Torpaqlama quraşdırılma işləri nədir?
Elektrik, düzgün istifadə edilmədikdə bir çox problem yarada bilən təhlükəli enerji mənbəyidir. Elektrik cihazında qısaqapanma yaranarsa və insanın ona toxunması, cərəyan yükü insan bədəninə keçərək ölümcül təhlükə yarada bilər. Elektrik avadanlıqlarını enerji şoku riskindn və həddindən artıq yükləmələrdən qorumaq üçün elektrik şəbəkələrində torpaqlama quraşdırma işləri, yəni yarana biləcək artıq enerjini birbaşa yerə ötürməni saxlayan dövrə yaradılır. Şəxsi evdə, bağ evində ümumiyyətlə yaşayış massivlərində, sənaye komplekslərində, və elektrik enerjisinin istifadə olunduğu hər hansı digər yerdə torpaqlama quraşdırma işləri məhz buna görə lazımdır.
Torpaqlama quraşdırılma işlərində əsas anlayışlar
Torpaqlama quraşdırılma dedikdə — elektrik şəbəkəsində yaranan artıq elektrik enerjisini torpağa ötürmə qabiliyyəti olan bir konstruksiya nəzərdə tutulur.
Torpaq (Qrunt) faktoru – bu sistemdə əsas rol oynayan bir mühütdir. Beləki, elektrik şəbəkəsindən torpağa ötürülən elektrik enerjisini torpaq udaraq (özünə qəbul edərək) elektrik şəbəkəsini artıq enerjidən qoruyur.
Torpaqlama elementi (Torpaq elektrodu), elektrik enerjisini yerə (torpaga) ötürmə xüsusiyyətinə malik olan keçirici və yaxud keçiricilər birləşməsindən ibarət bir elementdir (elektroddur).
Torpaqlamanın məqsədi və növləri
Torpaqlama quraşdırma işləri yerinə yetirdiyi rola görə iki əsas növə bölünür - işləyən (funksional) və qoruyucu.
İşçi (funksional) metodlar, elektrik qurğusunun (avadanlığının) işini təmin etmək üçün bu qurguda yarana biləcək artıq gərginliyi torpağa ötürmək üçün həmin avadanlıq və qrunt arasında əlaqə yaratmaq üçün təşkil edilir.
Qoruyucu torpaqlama metodu elektrik qurğularını və insanları təhlükəli gərginliklərə və cərəyanlara məruz qalmaqdan və ildırım çaxması zamanı baş verə biləcək hadısələrdən qorumaq üçün istifadə edilir. Qoruyucu torpaqlama, həmçinin elektrik təchizatı şəbəkəsində və interfeys sxemlərində avadanlığı yaxınlıqdakı avadanlıqdan yaranan elektromaqnit müdaxiləsindən qorumaq üçün istifadə olunur.

CONSTECHNO SERVİS MƏRKƏZİ
Sıfırdan torpaqlama montaj xidmətlərimiz
Dəyərli müştərilərimiz Sizin üçün torpaqlama xidmətlərinin tam spektrini təqdim edirik. Möcud təhlükəsizlik tələblərindən tutmuş çertyojların işlənib hazırlanması ötürücü qurğuların quraşdırılmasına qədər bütün işləri sıfırdan sizə təqdime dirik.
Sifariş etmək üçün saytımızda əlaqə bölümündən Bizə sorğu buraxın! Menecerimiz sizinlə ən qısa zamanda əlaqə saxlayacaq. Şirkətimizin ixtisaslı mütəxəssisləri sizə lazımi hesablamalar aparmağa və torpaqlama montaj işləri üçün sənədlərin tam paketini tərtib etməyə kömək edəcəklər.