Metal emalı sahəsində dəzgahların avtomatlaşdırılması həlləri

Dəzgahlar adətən metal hissələrin emalı və onların hissələrini dəqiq kəsmək üçün istifadə olunur. Belə dəzgahlardan avtomobil sənayelərində, aerokosmik, milli müdafiə, maşınqayırma, qəliblər, elektronika, generatorlar və s. kimi sənayelərdə geniş istifadə olunur. Constechno servis mərkəzi olaraq biz sizə beynəlxalq standartlara, ISO G koduna uyğun yüksək performanslı ümumi təyinatlı CNC (computer numerical control. Dəzgahlara maşınlara kompüterlər vasitəsi ilə ədədi nəzarət) asan idarə etmə, avtomatlaşdirilma xidmətləri təqdim edirik. Belə avtomatlaşdırılmış həllər asan işləmə üçün fərdiləşdirilə bilən insan maşın interfeysi HMI (Human-machine interface / İnsan-maşın interfeysi) ilə inteqrasiya olunur. CNC nəzarətçi DMCNET (interfeysi vasitəsilə yerləşdirmə nəzarəti üçün modul) vasitəsilə sürətli məlumat ötürülməsinə, motorun sabit sürətinə və fırlanma momentinə nəzarəti və yerləşdirməyə nail olmaq üçün istifadə edilir. Constechno Servis Mərkəzi müştərilərinə bazarda rəqabət qabiliyyətini artırmaqda kömək etmək üçün daha da təkmilləşdirilmiş və sənayeyə xas olan CNC həlləri təqdim edir.
Torna dəzgahları üçün avtomatlaşdırılma həlləri
CNC quraşdırıla bilən torna tezgahları adətən tək və ya kiçik partiya, kütləvi istehsal və mürəkkəb hissələrin emal edilməsi üçün çox funksiyalı emal edici başlıq (alət, detal) ilə təchiz edilir. Constechno Servis Mərkəzi sizə dünyaca məhşur Delta brendinin nəzarət üçün xüsusi insan-maşın interfeysi (HMI) ilə inteqrasiya edən yüksək performanslı, ümumi təyinatlı CNC nəzarətçisindən istifadə etməyi tövsiyə edir. Constechno servis Mərkəzi olaraq biz sizə emalın səmərəliliyini, dəqiqliyini və hamarlığını yaxşılaşdırmaq üçün müəyyən alqoritmlər təqdim edir və emal keyfiyyətini təmin etmək üçün xətti interpolyasiya və ya dairəvi interpolyasiya kimi çoxsaylı kompensasiya funksiyaları təklif edirik. CNC torna avtomatlaşdırma həlli çox funksyalı emal, alətə nəzarət və əməliyyat asanlığı üçün, mili və digər alətləri dəstəkləyir. Bundan əlavə, Delta-nın çevik AÇIQ CNC strukturu PC-NC əməliyyatını dəstəkləyir və dinamik 3D alət yolunun modelləşdirilməsi üçün xüsusi CAD/CAM proqram təminatını dəstəkləyir.

Constechno Servis Mərkəzi
Oyma dəzgahları üçün avtomatlaşdırılma həlləri
Constechno Servis mərkəzi oyma maşınlarında Delta brendinin işləyib hazırladığı (oyma maşınının səmərəliliyi, dəqiqliyi və hamarlığı artırmaq üçün həllər) alqoritmlərdən istifadə edir. Bu alqoritmlər FTP-serverləri dəstəkləyir və məlumatları on dəfəyə kimi dahada sürətli ötürür, böyük faylları köçürərkən vaxta qənaət edir. Oyma maşınına dörd dəyişən sektorda cızıqların qarşısını almaq üçün, dəzgaha inteqrasiya olunmuş ağıllı sürtünmə kompensasiya funksiyası əlavə edilə bilər. Həll həmçinin çox mövqeli emal, alətlərin idarə edilməsi və əməliyyat asanlığını idarə edir. Bundan əlavə, Delta-nın çevik AÇIQ CNC strukturu PC-NC əməliyyatını və dinamik 3D alət yolunun modelləşdirilməsi üçün xüsusi CAD/CAM proqram təminatını dəstəkləyir.





Constechno Engineering Company
Portal frez dəzgahları üçün avtomatlaşdırılma həlləri
Portal frez maşını (dəzgahı) sadə bir quruluşdan – emal ediləcək detalları daxilə (emal sahəsinə) keçirməni təmin edən keçirici qapıdan və ya boşluqdan birdə detalın yerləşməsi üçün döşəmədən (masa) ibarətdir. Bu dəzgahlar sərt, səmərəli, istifadəsi asan və çox funksiyalı olurlar. Orta və iri həcimli detalları düz və ya müıyyən bucaq altlnda olan səthini dəqiq, effektli, kütləvi emal etmək üçün eyni anda bir neçə kəsicidən (frezdən) istifadə edə bilərsiniz. Portal frez dəzgahlarında Deltanın yüksək keyfiyyətli üç oxlu AC servo sürücülər və daha dəqiqlikli, ağır yüklü və hamar beş oxlu sinxron hərəkətə nəzarət üçün CNC sistemlərindən istifadə istifadə edilir. Bu maşınlarda həll emalın səmərəliliyini, dəqiqliyini və hamarlığını artırmaq üçün, həmçinin böyük faylların ötürülmə vaxtını azaltmaq üçün FTP-ni dəstəkləyən alqoritmlərdən istifadə edilir.
Dəzgah istehsalı sənayeləri üçün avtomatlaşdırma həlləri
Qəlib, metal hissələri emalı, frezeləmə, qazma və s.. Dəzgah / Maşın istehsal sahələrində Delta brendinin CNC həlləri və servo sürücü sistemlərini birləşdirərək optimal avtomatlaşdırma həlləri təklif edirik.
Universal hamarlama dəzgahları üçün avtomatlaşdırılma həlləri
İnsan maşın interfysi vasitəsi ilə hamarlama dəzgahları üçün Delta brendinin avtomatlaşdırma alqoritmləri tez bir şəkildə imkan verir ki, universal optik xətlər vasitəsi ilə qapalı dövrəli idarəetmə sistemini kontrol etsin və emal dəqiqliyini artırsın.
Metal lövhələrin kəsim səmərəliyini artırmaq üçün sensorlar
Deltanın AS-B sahə sensoru konveyrdə metal listlərin emal / kəsim sahəsinə tam nəzarət etməyə imkan verir ki, bu da öz növbəsində xərclərə, vaxta, və insan əməyinə qənaət edir.
Constechno Servis Mərkəzi sizin sorğularınıza cavab verməyə hazır olan xidmət və dəstək qrupları şəbəkəsinə malikdir. Sizə lazım ola biləcək hər hansı məlumat və ya materiallar üçün bizimlə əlaqə saxlayın.