CONSTECHNO ENGİNEERİNG COMPANY
Keyfiyyət təminatı
Məhsulun bazarda uğurlu olmasının əsas səbəblərindən biri keyfiyyətinin yüksək səviyyəsindən asılıdır. Müasir müəssisələrdə istehsal resurslarının planlaşdırılması sistemlərindən istifadə edilməsinə baxmayaraq, bir çox məhsula nəzarət göstəriciləri hələdə əl ilə hesablanır.

İstehsalın səmərəliliyinin artırılmasının ən mühüm amillərindən biri məhsulların keyfiyyətinin yüksəldilməsidir ki, bu da bilavasitə onun rəqabət qabiliyyətini müəyyən edir. Yalnız rəqabət qabiliyyətli müəssisələr yaranan çətinlikləri və problemləri uğurla dəf edə bilərlər. Nəzarət olmadan keyfiyyəti təmin etmək mümkün deyil. Məhz keyfiyyətə nəzarət səhvləri vaxtında müəyyən etməyə imkan verir ki, onları minimal itkilərlə tez bir zamanda aradan qaldıra biləsiniz.
Keyfiyyətə nəzarət – Məhsulun və ya prosesin xüsusiyyətlərinin layihədə, standartlarda, texniki şərtlərdə, təchizat müqavilələrində və digər sənədlərdə qeyd olunan müəyyən edilmiş texniki tələblərə uyğunluğunun yoxlanılmasıdır. Yalnız bütün nəzarət sistemlərindən keçən məhsullra keyfiyyət təminatı verilir.